Bakıda əməliyyat: 4 nəfər saxlanıldı - Video

11:40 - 9 Mart 2026 - GÜNDƏM

 Bakıda əməliyyat: 4 nəfər saxlanıldı - Video

Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə Bakıda keçirilən növbəti tədbirlər zamanı Fərid Əhmədov, tanışı Pünhan Cəlilov, Taleh Sadıqov və Ruslan Hüseynli saxlanılıblar.

DİN-dən BUTA.TV-a verilən məlumata görə, onlardan ümumilikdə 43 kiloqram 500 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

Saxlanılanların narkotikləri pul qazanmaq məqsədilə müxtəlif ünvanlara yerləşdirməyi planlaşdırdıqları məlum olub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycana yarım metrə yaxın qar yağdı


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol