ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 1161 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.
BUTA.TV xəbər verir ki, fevralın 28-dən martın 4-ü saat 10:00-a qədər sərhədi 224 Azərbaycan vətəndaşı keçib.
Bundan əlavə, Çinin 361, Rusiyanın 246, Pakistanın 76, Tacikistanın 99, Səudiyyə Ərəbistanının 18, Gürcüstanın 9, Belarus 7, Birləşmiş Ərəb Əmirlikləri, Slovakiyanın hərəsinin 6, Serbiyanın 5, İordaniya, İsveçrə, İran, Nigeriya və Yaponiyanın hərəsinin 4, Qətər, Banqladeş, Özbəkistan, Meksika və Filippinin hərəsinin 3, Nepal, Qazaxıstan, Fransa, Türkiyə, İtaliya və Yəmənin hərəsinin 2, Böyük Britaniya, Polşa, Tunis, Livan, Hindistan, Myanma, Braziliya, Maldiv adaları, Cənubi Afrika Respublikasının hərəsinin 1 vətəndaşı Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə olunub.
Qeyd edək ki, İrandan ümumilikdə 37 ölkənin 937 vətəndaşı Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.
- “Kənddən Şəhərə” Novruz yarmarkaları başlayır
- Bakıda oteldə anasını öldürən oğlana hökm oxundu
- Sabahın hava proqnozu açıqlandı
- “Bakcell” 8 Martı xanım jurnalistlərlə birgə qeyd etdi
- İlham Əliyev bu məqsədlə İran səfirliyinə getdi - Foto
- Prezident sərəncam imzaladı
- Güclü yanğını “Bakı Abadlıq Xidməti”nin əməkdaşı törədib
- Tələbələrə nəqliyyatda 10 faiz güzəşt oluna bilər