Bakıda qanunsuz tikili söküldü - Video

14:10 - 2 Mart 2026 - GÜNDƏM

 Bakıda qanunsuz tikili söküldü - Video

Bakıda qanunsuz tikili sökülüb.

Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Buzovna qəsəbəsi ərazisində fiziki şəxs Vəziri Fikrət Nadir oğlunun qanunsuz tikinti işləri aparması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol