Putin həmyerlimizi təltif etdi - Foto

17:50 - 28 Fevral 2026 - GÜNDƏM

 Putin həmyerlimizi təltif etdi - Foto

Rusiyada həmyerlimiz təltif olunub.

BUTA.TV xəbər verir ki, Leninqrad vilayətinin Qanunvericilik Məclisinin sədr müavini, deputat Səyyad Əliyev Rusiya prezidentinin fərmanı ilə “Vətən qarşısında xidmətlərinə görə” ordeninin II dərəcəli medalı ilə təltif edilib.

Qeyd edək ki, Səyyad Əliyev 1967-ci ildə Azərbaycanın Cəlilabad rayonunun Zopun kəndində anadan olub. Ali təhsilini Leninqradda (sonra Sankt-Peterburq) alıb. Əmək fəaliyyətini 80-ci illərdə başlayan S.Əliyev, bir çox müəsissə və zavodlarda çalışıb. O, taxta məmulatlarının montajçısından rəhbər vəzifələrə qədər yüksəlib.

Eyni zamanda, S.Əliyev aktiv ictimai fəaliyyətlə məşğul olub. 2005-ci ildə S.Əliyev Leninqrad vilayətinin Vsevolojsk rayonunun Dubrovskoe şəhər qəsəbəsinin bələdiyyə qurumunun Deputatlar Şurasının sədri və həmin bələdiyyə qurumunun başçısı seçilib. 2009-cu ildə isə Dubrovskoe şəhər qəsəbəsinin birinci və ikinci çağırış başçısı vəzifəsinə və bələdiyyə deputatı seçilib. Geniş təcrübə və peşəkarlığa malik olan S.Əliyev, 2011-ci ildə Leninqrad vilayətinin Qanunvericilik Məclisinin V çağırış deputatı, 2016-cı ildə isə VI çağırış deputatı, 2021-ci ildə isə VII çağırış deputatı seçilib. Leninqrad vilayətinin Qanunvericilik Məclisinin bir çox komitələrinin fəal üzvü olaraq, S.Əliyev fəal qanunvericilik fəaliyyətində iştirak etməkdədir.

Dövlət və cəmiyyət qarşısında xüsusi xidmətlərinə görə S.Əliyev bir çox mükafatlarla təltif olunmuşdur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol