Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin çağrı mərkəzi yaradılıb.
BUTA.TV xəbər verir ki, çağrı mərkəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 50 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları"na uyğun olaraq, vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili, operativ cavablandırılması, göstərilən xidmətlərin effektivliyinin artırılması məqsədilə yaradılıb.
Bu yeni xidmət vasitəsilə vətəndaşlar komitənin fəaliyyəti ilə bağlı müxtəlif suallara cavab ala, eləcə də şikayət və təkliflərini ünvanlaya bilərlər.
Vətəndaşlar müvafiq məsələlərlə bağlı şəhər və mobil telefonlarından birbaşa "8160" nömrəsinə zəng edərək əlaqə yarada bilərlər.
Qeyd edək ki, çağrı mərkəzi iş günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək
- “AzerGold” yeni xatirə sikkəsini təqdim edəcək
- Sabunçuda qadın evdən doqquz min manat oğurladı
- "Azercell" yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edir
- Prezident və xanımı açılışda iştirak etdi