İranda insan haqları fəalı və Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədinin həbs müddəti artırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə AP xəbər agentliyi məlumat yayıb.
Vəkil Mustafa Nilinin sözlərinə görə, müddətin uzadılmasına Məşhəd məhkəməsində qərar verilib. N.Məhəmmədi etirazlarda iştirak etdiyinə görə altı il, təbliğat işlərinə görə isə əlavə bir il yarım həbs cəzasına məhkum edilib və ikiillik ölkədən çıxış qadağası alıb.
Qeyd edək ki, Nərgiz Məhəmmədi 2021-ci ilin noyabrından bəri İranda dövlətə qarşı sui-qəsd və İran hökumətinə qarşı təbliğat aparmaq ittihamları ilə həbs cəzası çəkir. O, 2024-cü ilin dekabrında sağlamlıq səbəbi ilə 21 günlük məzuniyyətə çıxmış, bu məzuniyyət daha sonra altı ay uzadılmışdı. 2025-ci ilin dekabrında o, İranda insan haqları müdafiəçisi Xosrov Əlikürdinin dəfn mərasimi zamanı saxlanılıb.
Nərgiz Məhəmmədi 2023-cü ildə "İranda qadınlara qarşı zülmlə mübarizə və insan hüquqları və azadlıqlarının təmin edilməsindəki səylərinə görə" Nobel Sülh Mükafatına layiq görülüb.
- Ötən gün Bakıda 26 dərəcə isti olub
- Tum çırtlayaraq işçilərə əziyyət edənlər işdən çıxarıldı - Video
- Azərbaycanda 92 yaşlı məşhur işə qəbul olundu
- Metroda interval 13 dəqiqəyə qədər artdı
- Qaradağda tarixi-mədəni abidələrə ziyan vuranlar saxlanıldı
- Tabutumu azərbaycanlı gənclər daşısın... - Davudoğlu
- İlham Əliyev, indi bu adı deməyi sevirəm - Tramp
- Azərbaycan 7 milyard verən ölkələrdən biridir? - Hacıyev