Şəmkir rayonunda 69 yaşlı qadının öldürülməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Xuluf kəndində qeydə alınıb.
Öldürülən 1957-ci il təvəllüdlü Solmaz Mahmudova tək yaşayıb. Qadının həyat yoldaşı Süleyman Həsənov Xuluf kəndinin icra nümayəndəsi vəzifəsində çalışıb. O, 2022-ci ildə vəfat edib. Ailənin isə övladı olmayıb.
Hadisəni törətməkdə təqsirli bilinən və saxlanılan 1996-cı il təvəllüdlü Arzu Həmidli eyni kəndin sakinidir və qonşuluqda yaşayıb. Öldürən S.Mahmudova təqaüdçü olub.
Hazırda istintaq tədbirləri davam edir. Cinayətin nə məqsədlə törədildiyi araşdırılır.
Qeyd edək ki, ötən ilin dekabr ayında baş verən cinayət hadisəsi ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətləri birgə məlumat yayıb.
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək
- “AzerGold” yeni xatirə sikkəsini təqdim edəcək
- Sabunçuda qadın evdən doqquz min manat oğurladı