Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Türkiyənin Qəhrəmanmaraş vilayətində inşa edilən “Azərbaycan məhəlləsi”nin tikintisi başa çatdırılıb.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, məhəllənin 4 kvartalında 26 bina, 456 mənzil və 328 qeyri-yaşayış obyekti inşa edilib.
Mədəniyyət mərkəzinin tikintisinin isə bir il ərzində tamamlanması planlaşdırılır.
Ümumilikdə 27,6 hektar ərazini əhatə edən “Azərbaycan məhəlləsi”ndə 68 yaşayış binası olmaqla 1194 mənzil, 1595 qeyri-yaşayış obyekti, ibtidai məktəb, uşaq bağçası istifadəyə verilib
Qeyd edək ki, 2023-cü il aprelin 29-da TEKNOFEST çərçivəsində Heydər Əliyev adına ibtidai məktəb və uşaq bağçasının təməli qoyulub. Layihə ilə bağlı əməkdaşlıq sazişi isə 2023-cü il sentyabrın 25-də Naxçıvanda imzalanıb.
2024-cü il sentyabrın 11-də Heydər Əliyev adına ibtidai məktəb və uşaq bağçasının açılışı keçirilib.
2025-ci il iyunun 19-da Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Azərbaycan məhəlləsi”nin rəsmi açılışı olub və mənzillərin açarları sakinlərə təqdim edilib. Tamamlanan digər mənzillərin isə fevralın 6-da təqdim edilməsi nəzərdə tutulur.
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək
- “AzerGold” yeni xatirə sikkəsini təqdim edəcək
- Sabunçuda qadın evdən doqquz min manat oğurladı