Masallı rayonunun Xırmandalı kəndində yerləşən orta məktəbdə yanğın baş verib.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, otaqların birində baş verən yanğın qısa müddətdə yayılmağa başlayıb.
Şagird və müəllimlər məktəbdən təxliyə olunub. Hadisə yerinə Masallı Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində alovun yayılmasının qarşısı alınıb.
Məlumata görə, yanğın direktorun otağından başlayıb. Yanğına səbəb isə elektrik xəttlərində baş verən qısaqapanma olub.
Qeyd edək ki, məktəbdə otaqlar elektrik vasitələrindən istifadə olunaraq qızdırılır.
- Meyxanaçı Samirənin müğənni qızı saxlanıldı
- Sabah hava necə olacaq?
- Xocavəndə ilk köç karvanı yola salındı
- Zərgərlik mağazasından qızılı belə oğurladı - Anbaan video
- Dövlət maliyyəsinin idarə edilməsində - Yenilik
- Bakıda gömrük terminalında meyit tapıldı
- Bakıda qadın doğuşdan sonra öldü
- Yeni cərimələr: 550 manatdan 2500 manatadək...