İlham Əliyevin Pezeşkiana zəng etməsi... - Moskvadan baxış

İlham Əliyevin Pezeşkiana zəng etməsi... - Moskvadan baxış

Tarix: Siyasət

Bu yaxınlarda Azərbaycan prezidenti ilə iranlı həmkarı arasında telefon danışıqları baş tutdu və İlham Əliyev İran ətrafındakı gərginliyin həllinə töhfə verməyi təklif etdi. Azərbaycan heç bir şəkildə İrana zərbələr endirmək üçün öz ərazisini və hava məkanını təmin etməyəcəyini bəyan etdi.

BUTA.TV xəbər verir ki, bunu rusiyalı iranşünas İrina Fyodorova İranla ABŞ arasındakı mövcud vəziyyət, eləcə də Azərbaycanın bu sahədə gərginliyin azaldılmasına mümkün töhfəsi barədə danışarkən deyib.

“Azərbaycanın qapısının ağzında müharibəyə ehtiyacı yoxdur. Və Bakı həmişə mümkün qədər İranla münasibətləri yaxşılaşdırmağa, onları sabitləşdirməyə çalışır. Son günlərdə Azərbaycan və İran hakimiyyət nümayəndələri arasında intensiv telefon əlaqələri müşahidə olunur. Tərəflər vəziyyətlə bağlı fikirlərini müqayisə etməyə çalışırlar. Ola bilsin ki, Tramp dövründə Azərbaycanla ABŞ arasında münasibətlərin yaxşılaşması, eləcə də Azərbaycanla İsrail arasındakı yaxşı münasibətlər nəzərə alınmaqla, Bakı gərginliyin soyumasına öz töhfəsini verə bilər. Prezidentlər Pezeşkian və Əliyev arasında yaxşı münasibətlər qurulub”, - o bildirib.

Qeyd edək ki, İlham Əliyev Pezeşkiana 31 yanvarda zəng etmişdi.