Osmanlı tarixinin araşdırıcısı Fransevi Efendinin “Mən İranda Qacarlar sülaləsinin bərpasını və 1906-cı il konstitusiyasını dəstəkləyirəm” ifadəsinə beynəlxalq siyasət və Yaxın Şərq üzrə amerikalı analitik, şərhçi və alim Maykl Skott Doran münasibət bildirib.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, Doran İranda hakimiyyətdə Səfəvilər sülaləsini görmək istədiyini vurğulayıb:
“Mən Səfəviləri dəstəkləyirəm. Şah İsmayıl uzaqgörən Azərbaycan monarxı idi,” – Doran vurğulayıb.
Qeyd edək ki, Maykl Doran Corc Buş (oğul) administrasiyası dövründə Milli Təhlükəsizlik Şurasında baş direktor və Pentaqonda ictimai diplomatiya üzrə müavin vəzifələrində çalışıb. O, açıq şəkildə İraqın işğalını və Yaxın Şərq ölkələrini hədəf alan “rejim dəyişikliyi” siyasətini dəstəkləyib.
- Xəzərdə yenə zəlzələ oldu
- Taksilərlə bağlı yeni tələblər müəyyənləşəcək
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək