Bu gün Şamaxı rayonunda baş verən zəlzələ nəticəsində hər hansı dağıntı və ya digər fəsad qeydə alınmayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Azərtac-a Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyubova məlumat verib.
Onun sözlərinə görə, yeraltı təkanlardan dərhal sonra müvafiq yerlərlə əlaqə saxlanılıb, hazırkı vaxta qədər hər hansı fəsad barədə məlumat daxil olmayıb.
Qeyd edək ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, zəlzələ bu gün yerli vaxtla saat 18:55-də qeydə alınıb. 3,8 maqnitudalı zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib.
- Təsərrüfatını böyütmək istəyənlər üçün fürsət!
- ABB-nin dəstəyi ilə II Qadın Liderləri Zirvəsi keçirildi
- Müavinət və təqaüd alanların nəzərinə!
- Birbanklılar üçün üstünlük: ƏDV qəbzini skan etməyə gərək yoxdur
- Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edildi
- FHN Şahbuzda orta məktəbdə təlim keçirdi - Video
- Yeni avtobus kartları: ödəniş məsafəyə görə olacaq - Video
- “Müharibə nə vaxt bitəcək” sualına Trampın qəribə cavabı