Rusiya 2024-cü ilin dekabrın 25-də Qroznı səmasında AZAL təyyarəsinin vurulmasını əmr edən general-mayor Aleksandr Tolopiloya qarşı bütün ittihamları ləğv edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Minval” məlumat yayıb.
“2025-ci ilin sentyabrın 2-də Rusiya Aerokosmik Qüvvələrinin Baş Komandanının rəhbərliyi altında AZAL təyyarəsi ilə bağlı iş üzrə rəsmi xüsusi iclas keçirilib. İclasda 11-ci Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Ordusunun birinci müavini, general-mayor Aleksandr Tolopilo da iştirak edib. İclasda gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün “Xalça” siqnalını elan edərkən qarşılıqlı əlaqəni yaxşılaşdırmaq qərarı ilə kifayətləniblər”, - məlumatda deyilib.
Qeyd olunub ki, AZAL təyyarəsinin vurulması əmrini verən məhz Tolopilo olub:
“Lakin faciədən bir neçə ay sonra o, iclasda iştirak edib, hesabat verib və heç bir ictimai nəticə olmadan xidmətini davam etdirib. Generalla bağlı bütün rəsmi araşdırmalar həmin vaxta qədər başa çatıb”.
- FHN Bakı Metropolitenində təlim keçirdi - Video
- Gəncədə ağır qəza: ölən var
- Yaxın Şərqdə gərginlik: Aviabiletlər bahalaşdı - Video
- Bu gün Lənkəranın bu ərazilərində işıq olmayacaq
- Xameneinin dəfn ediləcəyi yer açıqlandı
- İranda dəqiq zərbələr: növbə məscidlərindir?
- Bakı metrosu yeni hərəkət qrafikinin sınağına başladı
- İranın heç nəyi qalmayıb, məhv etmişik - Tramp