12:00
Yanvarın 1-də saat 18:30 radələrində Səbail rayonu, akademik Əhəd Yaqubov, 15 ünvanında yerləşən "Baku City Karting"də ölüm hadisəsi baş verib.
BUTA.TV Bakupost.az-a istinadla xəbər verir ki, paytaxt sakinləri 2008-ci il təvəllüdlü Kamal Səfərli və 2009-cu il təvəllüdlü Fatimə Bəhlulzadənin idarə etdiyi kartinq maşınları toqquşub. Hadisə nəticəsində Kamal Səfərli aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
"Baku City Karting" hadisə ilə bağlı heç bir açıqlama verməyib.
Faktla bağlı cinayət işi açılıb. Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.
- Xəzərdə yenə zəlzələ oldu
- Taksilərlə bağlı yeni tələblər müəyyənləşəcək
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək