Milli Məclisin qəbul etdiyi yeni qanunlara əsasən, dövlət sektorunda çalışan şəxslərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması Dövlət Sosial Müdafiə Fondu (DSMF) vasitəsilə həyata keçiriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən BUTA.TV-a verilən məlumata görə, bununla bağlı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” və “Sığorta fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilib.
Hazırda bütün işçilərin qeyd edilən icbari sığortalanması özəl sığorta şirkətləri vasitəsilə həyata keçirilir.
Yeni dəyişikliklər isə bu sahədə ikili sistemin tətbiqini - dövlət sektorunda çalışanların icbari sığortalanmasının DSMF, digər subyektlərdə çalışanların isə özəl sığorta şirkətləri vasitəsilə həyata keçirilməsini, bununla əlaqədar olaraq müvafiq hallarda sığorta ödənişlərinin də dövlət və bələdiyyə sektoru üzrə DSMF, digər sahələr üzrə özəl sığorta şirkətləri vasitəsilə həyata keçirilməsini nəzərdə tutur.
- Ağac maşının üzərinə aşdı: gəlin və qayınana xəsarət aldı - Foto
- Gömrükdə malların buraxılışı məsələsi ilə bağlı yenilik
- Onların maaşlarında artımlar olacaq - Tapşırıq verildi
- Hansı rayonlarda ailələr daha çox dağılır? - Statistika
- Nəsimidə 72 kq narkotik dövriyyədən çıxarıldı - Video
- Xəzərdə yenə zəlzələ oldu
- Taksilərlə bağlı yeni tələblər müəyyənləşəcək
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu