Bratislava-Bakı aviareysi açıla bilər

Bratislava-Bakı aviareysi açıla bilər

Tarix: Siyasət

Bratislava-Bakı birbaşa aviareysi açıla bilər.

BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatlarında deyib.

Onun sözlərinə görə, iki ölkə birgə müəssisələr yaratmaq iqtidarına malikdir:

"Slovakiya şirkəti Qarabağ bölgəsində ağıllı şəhər inşa edir. Eyni zamanda bizim idxal-ixrac bankımız da müxtəlif layihələri maliyyələşdirməyə hazırdır. Şadam ki, Macarıstanın "WizzAir" şirkəti əlaqələrimizi gücləndirir, hətta artıq Bratislavadan Bakıya birbaşa uçuş açıla bilər. Azərbaycan Prezidentinin səfəri münasibətlərimizdə yeni mərhələnin başlanğıcı olacaq".