Bu il AXCP-nin partiya olaraq qurulmasının 30 illiyidir. Əli Kərimli 30 ildir partiyaya faktiki sədrlik edir. İstiqlal hərəkatının - AXC-nin əsas mülkiyyətinə sahiblənən partiyanının sədri kimi həbs olunasan, guya ana müxalifətin liderisən, yazıların beynəlxalq mətbuatda çıxa, beynəlxalq təşkilatlara dəvətlər alasan, həbsinə beynəlxalq reaksiyalar ola, FB səhifəni 200 mindən çox adam izləyə, xaricdən yayımlanan televiziyaların ola, təşkilatı strukturunda əsasən, troll kimi olsa da, çalışan 300 fəalın ola, amma məhkəmənə 30 adam gələ.
BUTA.TV xəbər verir ki, bu sözləri uzun müddət AXCP sıralarında olan, AXCP sədrliyinə namizədliyini verən və bu iddiasına görə də partiyadan uzaqlaşdırılan Sahib Kərimli qeyd edib.
O bildirib ki, “məhkəməyə 30 adam gələ bilirsə, şəkil çəkdirə bilirsə, 30 min də gələ bilər” iddiası gülüncdür:
“Bu boyda qondarma status və imkanlarla, bu necə liderlikdi ki, 30 il sədri olduğun partiyada sənin üçün özünü fəda etməyə 30 adam yoxdur? Hanı emosiyalarına hakim ola bilməyib ağlayan fanatların? Hanı həbsdə səni qorumaq üçün qəsdən həbsə düşən aşiqlərin?
O boyda təşkilatı və ideyanı xərcləyib, otuz ilin hər bir ilinə cəmi bir nəfər məhkəmədə şəkil çəkdirməyə kadr yetişdirən partiya sədrini ölməyə qoymamaq üçün, onu həbs etmək son çarədir”.
- Bakıda baş verən moped və motosiklet qəzaları - Anbaan video
- Bu məktəb və liseydə nümunəvi mülki müdafiə məşqi keçirildi
- Sabah 22 dərəcə isti olacaq
- Xəstənin ölümündə təqsirləndirilən ginekoloqa hökm oxundu
- Saxta sənədlə 20 ildir Almaniyaya sığınan Aidə ifşa oldu
- Könül Vəlibəylinin qızının vəziyyəti ağırlaşdı
- İranın həbs etdiyi cütlük artıq Fransadadır!
- Tələbə qəbulu "mygov"a inteqrasiya ediləcək