Tiflis TIR-larımızı buraxmadı: Kobaxidzedən reaksiya

Tiflis TIR-larımızı buraxmadı: Kobaxidzedən reaksiya

Tarix: Siyasət

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana məxsus yük maşınlarının Tiflis və Batumi gömrük məntəqələrində uzun müddət saxlanılması haqqında yayılan məlumatlara münasibət bildirib.

BUTA.TV APA-ya istinadən xəbər verir ki, o, yerli “Business Media” nəşrinin sualına açıqlamasında belə bir faktın olmadığını deyib.

Kobaxidzenin sözlərinə görə, yoxlamalardan sonra yalnız bir yük maşını ilə bağlı konkret səbəbə görə gecikmənin olduğu müəyyən edilib.

“Biz bütün mümkün çətinliklər barədə çox səmimi söhbət aparmağa hazırıq”, - o əlavə edib.

Qeyd edək ki, Azərbaycana məxsus TIR sürücüləri onların Gürcüstanda gömrük məntəqələrində əsassız olaraq 20 gündən artıq saxlanıldıqlarını iddia ediblər.

Yayılan informasiyaları şərh edən Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib ki, ölkədə yük dövriyyəsinin artması şəraitində beynəlxalq daşımalarda iştirak edən nəqliyyat vasitələri üçün bütün gömrük prosedurları xüsusi aktiv rejimdə həyata keçirilir.

Qeyd olunub ki, beynəlxalq yük dövriyyəsinin davamlılığını təmin etmək üçün gömrük məntəqələrinin birgə idarə olunması çərçivəsində Türkiyə, Azərbaycan və Ermənistanın müvafiq gömrük orqanları ilə intensiv əlaqə saxlanılır və vacib problemlərin həlli yolları tez bir zamanda tapılır.