Azərbaycanlı bloger və iş adamı Hüseyn Həsənov özünə daha bir bahalı avtomobil alıb.
BUTA.TV Xalq.az-a istinadən xəbər verir ki, bununla bağlı Hüseyn sosial şəbəkə hesabında məlumat yayıb.
Həsənov “Tesla”nın nəhəng və komfortu ilə seçilən “Cybertruck” model avtomobilini alıb. Həmin avtomobilin qiyməti isə 350 min manat civarında dəyişir. Hüseyn Həsənov paytaxta gətirtdiyi avtomobili idarə edir və Bakı küçələrində görünüb.
Xatırladaq ki, Hüseyn Həsənovun şəxsi qarajında “Lamborghini Urus” – 548 min manat, “Rolls-Royce Cullinan” – 685 min manat, “Lamborghini Aventador” – 550 min manat, “Mercedes-AMG G63” – 822 min manat avtomobilləri var. Bloger qırmızı rəngi sevdiyindən adıçəkilən lüks avtomobilləri qırmızıya boyadıb. Onun Dubaydan aldığı sonuncu “Bugatti Chiron Super Sport” avtomobilinin qiyməti isə 3.8 milyon avrodur (təxminən 6.8 milyon manat).
- Yaşar Əməşova yeni vəzifə verildi - Foto
- Sabiq nazirin nəvəsi faciəvi şəkildə öldü
- Azərbaycanda arvadının soyadını götürən kişilərin sayı...
- Bakıda baş verən moped və motosiklet qəzaları - Anbaan video
- Bu məktəb və liseydə nümunəvi mülki müdafiə məşqi keçirildi
- Sabah 22 dərəcə isti olacaq
- Xəstənin ölümündə təqsirləndirilən ginekoloqa hökm oxundu
- Saxta sənədlə 20 ildir Almaniyaya sığınan Aidə ifşa oldu