Çinin Honkonq əyalətinin Tay Po şəhərində baş verən və çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan faciəli yanğından dərin kədər hissi keçiririk.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan XİN sosial şəbəkə hesablarındakı paylaşımında bildirib.
"Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və bütün yaralılara tezliklə sağalmalarını arzulayırıq. Bu çətin dövrdə düşüncələrimiz Çinin Honkonq əyalətinin xalqı ilədir", - paylaşımda vurğulanıb.
- Tamerlan Qarayev Bakıdadır - Foto
- Yaşar Əməşova yeni vəzifə verildi - Foto
- Sabiq nazirin nəvəsi faciəvi şəkildə öldü
- Azərbaycanda arvadının soyadını götürən kişilərin sayı...
- Bakıda baş verən moped və motosiklet qəzaları - Anbaan video
- Bu məktəb və liseydə nümunəvi mülki müdafiə məşqi keçirildi
- Sabah 22 dərəcə isti olacaq
- Xəstənin ölümündə təqsirləndirilən ginekoloqa hökm oxundu