Nazirlər Kabineti 13 may 2015-ci il tarixli qərarı ilə təsdiqlənmiş "Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə"də dəyişiklik edib.
BUTA.TV xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsinə görə "Dövlət rüsumu haqqında" qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulacaq.
İdarəedici təşkilat sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumunu ödəmək vəzifəsi barədə 2 iş günü müddətində ərizəçiyə şifahi və yaxud yazılı formada məlumat verir. Ərizəçi məlumat alındığı tarixdən 5 iş günü müddətində sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumunu ödəyir və ödənişi təsdiq edən sənədi idarəedici təşkilata təqdim edir.
Ərizəçi dövlət rüsumu ödənilməsi faktını təsdiqləyən sənədi təqdim etdikdən sonra sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsi 2 iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilir və yaxud sifarişli poçtla göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd bu Əsasnamənin 8.6-1-ci bəndində nəzərdə tutulan müddətdə təqdim edilmədikdə idarəedici təşkilat sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsini ləğv elir və bu barədə məlumat 2 iş günü müddətində ərizəçiyə göndərir.
- Tamerlan Qarayev Bakıdadır - Foto
- Yaşar Əməşova yeni vəzifə verildi - Foto
- Sabiq nazirin nəvəsi faciəvi şəkildə öldü
- Azərbaycanda arvadının soyadını götürən kişilərin sayı...
- Bakıda baş verən moped və motosiklet qəzaları - Anbaan video
- Bu məktəb və liseydə nümunəvi mülki müdafiə məşqi keçirildi
- Sabah 22 dərəcə isti olacaq
- Xəstənin ölümündə təqsirləndirilən ginekoloqa hökm oxundu