Real baxdıqda, Azərbaycan klubu UEFA Çempionlar Liqası kimi böyük turnirdə çıxış etməməlidir.
"BUTA TV" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda "Napoli"yə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib. İtaliyalı jurnalistin sualını cavablandıran mütəxəssis Ağdam klubunun inkişafından danışıb:
"Azərbaycan futbolunun reallığından danışsaq, klubumuz UEFA Çempionlar Liqası kimi böyük turnirdə çıxış etməməlidir. Lakin bizim hədəfimiz daim inkişaf etmək, irəliyə addımlamaq və uğur qazanmaqdan ibarətdir. İldən-ilə gücümüzü artırmağa çalışırıq. Bizim arzumuz qitənin ən nüfuzlu klub turnirində bacardığımız qədər çox çıxış etmək və maksimum irəli getməkdir. Turnir cədvəlində bizə rəqib olan komandalarla oyunlardan zövq almağa çalışırıq. Nəticə qazana bilməsək belə, böyük komandalara qarşı öz cəsarətli çıxışlarımızla yadda qalmaq istəyirik. Builki nəticələrimizə görə çox sevinirik və özümüzə inam hissi artmaqdadır".
Qeyd edək ki, "Napoli" - "Qarabağ" matçı noyabrın 25-də "Stadio Diego Armando Maradona" stadionunda, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
- Ramazan ayında nə yemək olmaz?
- Siqaret çəkənlərin nəzərinə: 5 minədək cərimə...
- Pensiya alanlara xoş xəbər
- 1 milyonluq dələduzluq: məmur oğlunun növbəti məhkəməsi...
- Azərbaycanda "kupça" almaq neçəyə başa gəlir?
- Problemi həll edirik, ya vətəndaşı sıxışdırırıq? - Deputatdan etiraz
- Sürücülərin diqqətinə: Bu küçələrdə hərəkət məhdudlaşdırılır
- Ramazanın üçüncü günü: Dua, imsak və iftar vaxtı...