Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən MƏQAM

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən MƏQAM

Tarix: Siyasət

Müğənni Rəqsanə İsmayılovanın ev dustaqlığına buraxılması, bundan əvvəl Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevlə bağlı eyni qərarın verilməsi bir sıra sualları gündəmə gətirib.

Ev dustaqlığı qətimkan tədbiri nəyi ehtiva edir? Bu şəxslərə hansı hərəkətlərə icazə verilir və hansı məhdudiyyətlər tətbiq olunur? Onlar hansı hallarda həbs oluna və ya bəraət ala bilərlər? Bu prosesin hüquqi şərtləri nələrdir?

Globalinfo.az-a danışan vəkil Ramil Süleymanov deyib ki, ev dustaqlığı qətimkan tədbirinin tətbiqi və onun şərtləri Cinayət Prosessual Məcəlləsində açıq şəkildə göstərilib.

O qeyd edib ki, sözügedən qanunun 163-cü maddəsinə əsasən, ev dustaqlığı şəxsin həbsdə saxlanılmadan, cəmiyyətdən tam təcrid olunmadan, lakin müəyyən hüquqlarının məhdudlaşdırılması ilə müşahidə olunan qətimkan tədbiridir:

“Ev dustaqlığı zamanı şəxsə bir sıra məhdudiyyətlər tətbiq edilir. Bu, məhkəmə tərəfindən müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı və ya müdafiə tərəfinin vəsatəti əsasında seçilə bilər. Həmçinin belə tədbir həbs qətimkan tədbirinə alternativ olaraq da tətbiq oluna bilər”.

Vəkil bildirib ki, ev dustaqlığı seçildikdə məhkəmə şəxsə müəyyən vəzifələr müəyyən edir və onlar mütləq icra olunmalıdır:

“Bu vəzifələrə daxildir: Yaşayış yerini tamamilə və ya günün müəyyən saatlarında tərk etməmək; məhkəmənin nəzarəti üçün üzərində elektron nəzarət vasitəsi gəzdirmək, həmin vasitənin texniki işləkliyini təmin etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarından kənara çıxmamaq; məhkəmənin icazəsi olmadan yaşayış yerini tərk etməmək və ya daimi yaşayış yerini dəyişməmək.

Məhkəmə zəruri hesab etdikdə şəxsin üzərinə əlavə vəzifələr də qoya bilər. Bunlara, məsələn, kütləvi tədbirlərdə iştirak etməmək və ya müəyyən prosesual tələblərə əməl etmək kimi öhdəliklər daxildir. Qətimkan tədbiri qüvbvədə olduğu müddətdə bütün bu vəzifələr şəxsin təqsiri ilə pozulmamalıdır”.


- kanalımız