Vəhdət Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının qərarı ilə politoloq Cümşüd Nuriyev Partiyadan xaric edilib.
BUTA.TV xəbər verir ki, bu barədə VH-nin özü məlumat yayıb.
Qərarda deyilir: "Komissiyaya özünü Vəhdət Partiyaslnın sədr müşaviri kimi təqdim edən (onun bu vəzifədə olması barədə rəsmi sənəd görməmişik, lakin hesab edirik ki, Partiyamıza yeni daxil olmasaydı, onun bu vəzifəyə təyinatı da olmazdı) Cümşüd Nuriyevin noyabrın 20-də sosial şəbəkədə VP Baş Məclisin sədri Tahir Kərimlini ağır şəkildə təhqir etməsi (material əlavə olunur) və ona görə məsuliyyətə cəlb olunması barədə Tahir Kərimlinin rəsmi müraciəti daxil olub.
MNTK bu müraciətə baxaraq, çıxışları dinləyərək, bu qənatə gəlir ki, həqiqətən Cümşüd Nuriyev Partiyanın BM sədrinə qarşı, onun simasında Partiyanı nüfuzdan salan, etikaya sığmayan və öz əməllərinə haqq qazandırmaq üçün Tahir Kərimlinin səs yazısını qəsdən mənfi yozmaqla ciddi Nizamnamə pozuntusuna yol verib. Özü də bunu müraciətdən 12 gün sonra etməsi sifariş ovqatı doğurur.
MNTK yekdilliklə qərara gəlir ki, belə halda Partiyaya nə yollasa yeni qəbul olmuş Cümşüd Nuriyev dağıdıcı fəaliyyət göstərməklə Nizamnamənin 5.20-ci mad.1-ci hissəsində göstərilən əməli törətdiyindən Vəhdət Partiyasının üzvü ola bilməz".
- FHN: Suçəkmə işləri davam etdirilir - Video
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı
- Bakıda faciəvi şəkildə ölən zabit olub
- Bakıda kafe külə döndü - Video
- Tahir Gözəl “Azərsun Holdinq”in rəhbəri oldu
- Prezidentin yüksək vəzifə verdiyi Əməşov kimdir?
- 3 ayda 10 min uşağa reabilitasiya xidmətləri göstərilib