Azərbaycan liderinə sanksiyaları ləğv etmək və ölkəsi vasitəsilə birbaşa ikitərəfli ticarət üçün şərait yaratmaq qərarına görə minnətdarlığımı bildirirəm.
BUTA.TV xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə deyib.
“Bu ilin noyabr ayında 1000 ton həcmində Qazaxıstan buğdasının ilk partiyası Azərbaycan ərazisi vasitəsilə Ermənistana çatdırılıb. Bu təşəbbüsün xüsusi siyasi və iqtisadi əhəmiyyəti var. Qazaxıstan Ermənistana müntəzəm olaraq yüksək keyfiyyətli taxıl məhsulları və digər mallar tədarük etməyə hazırdır. Bu sahəni daha da inkişaf etdirmək üçün bütün səylərimizi göstərməyə razılaşdıq. Prioritet vəzifələrdən biri iki ölkə arasında birbaşa hava əlaqələrinin açılması və hava yük daşımalarının təşkilidir. Bu sahədə artıq konkret planlar mövcuddur və tərəflər yaxın gələcəkdə onların həyata keçirilməsinə başlayacaqlar”, - o bildirib.
Tokayev həmçinin qeyd edib ki, Qazaxıstan “Tramp yolu” layihəsində iştirak etməkdə maraqlıdır.
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı
- Bakıda faciəvi şəkildə ölən zabit olub
- Bakıda kafe külə döndü - Video
- Tahir Gözəl “Azərsun Holdinq”in rəhbəri oldu
- Prezidentin yüksək vəzifə verdiyi Əməşov kimdir?
- 3 ayda 10 min uşağa reabilitasiya xidmətləri göstərilib
- Tovuzda ailə üç uşağından imtina etdi