Rəşt–Astara dəmir yolu xəttinin tamamı 4 aya açılacaq.
BUTA.TV xəbər verir ki, bunu APA-ya müsahibəsində Gilan vilayətinin valisi Hadi Həqşənas bildirib.
Onun sözlərinə görə, son yeddi ay ərzində Rəşt–Astara dəmir yolu xəttinin 70 kilometrlik hissəsi istifadəyə verilib, xəttin ümumi uzunluğu 162 kilometrdir və artıq 90 kilometri açılıb.
“Yalnız 70 kilometr qalır. Düşünürəm ki, yaxın dörd ay ərzində Rəşt–Astara xəttinin tam açılışı başa çatacaq. İran hökuməti bu işdə qətiyyətlidir”, – vali qeyd edib.
Həqşənas əlavə edib ki, xətt mərhələli şəkildə istifadəyə verildiyi üçün paralel olaraq rels qurğusunun quraşdırılması üçün hazırlıq işləri də aparılır.
Valinin sözlərinə görə, Rusiya ilə müqavilə bağlamış podratçı şirkət xəttin tam istifadəyə verilməsindən sonra növbəti mərhələyə keçəcək. Qeyd olunub ki, Rəşt–Astara layihəsinin ümumi tikinti müddəti üç il olaraq planlaşdırılır.
Hadi Həqşənas həmçinin bildirib ki, ötən ay Bakıda Azərbaycan, Rusiya və İranın iştirakı ilə üçtərəfli komissiyanın iclası keçirilib:
“İclasda Azərbaycan və Rusiya baş nazirlərinin müavinləri, İranın yol naziri və mən iştirak etdik. Toplantıdan sonra Bakıdan Lənkərana, daha sonra Astara şəhərinə səfər etdik və layihənin icra vəziyyəti ilə tanış olduq. İranın yol naziri işlərin sürətləndirilməsi üçün müvafiq göstərişlər verdi”.
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı
- Bakıda faciəvi şəkildə ölən zabit olub
- Bakıda kafe külə döndü - Video
- Tahir Gözəl “Azərsun Holdinq”in rəhbəri oldu
- Prezidentin yüksək vəzifə verdiyi Əməşov kimdir?
- 3 ayda 10 min uşağa reabilitasiya xidmətləri göstərilib
- Tovuzda ailə üç uşağından imtina etdi