Tarixi, mədəni, dini, linqvistik və etnik yaxınlıqlar nəzərə alınaraq, iki ölkə xalqları arasında qarşılıqlı səfərlərə böyük və davamlı maraq müşahidə olunur ki, son illərin statistik göstəriciləri bu faktı təsdiqləməkdədir.
BUTA.TV xəbər verir ki, bunu İran İslam Respublikasının Azərbaycandakı yeni səfiri Müctəba Dəmirçilu APA-ya müsahibəsində deyib.
Səfirin sözlərinə görə, turizmin hərtərəfli inkişafı üçün xalqların bir-birini daha yaxından tanıması ilə yanaşı, vətəndaşların gediş-gəlişinin sadələşdirilməsi əsas və zəruri şərtdir.
Diplomat qeyd edib ki, səyahət vaxtı və xərclərin optimallaşdırılması və azaldılması turizmin inkişafının əsas təkanverici amillərindəndir: “Bu məqsədlə İran Azərbaycan vətəndaşları üçün viza tələbini ləğv edib və onlar heç bir əlavə çətinlik olmadan İrana səfər edə bilirlər.
Bundan əlavə, bu yaxınlarda iki ölkə arasında birbaşa aviareyslərin bərpası reallaşdırılıb və gələcəkdə iki ölkənin müxtəlif şəhərlərinə uçuşların sayının əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Həmçinin ümidvarıq ki, quru sərhədlərinin tam şəkildə açılması iki ölkə vətəndaşları arasında qarşılıqlı səyahətlərin sadələşdirilməsinə və genişlənməsinə şərait yaradacaq”.
- Bu ərazilərə qar yağır
- Bu yollar iki gecə təmir ediləcək
- Prezident qadın hərbçilərlə bağlı bu qanunu təsdiqlədi
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı
- Bakıda faciəvi şəkildə ölən zabit olub