Torpaqların azadlığı uğrunda mübarizədə Pakistan Azərbaycanın yanında qaya kimi dayandı və bundan sonra da belə olacaq.
BUTA.TV xəbər verir ki, bunu Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif Bakıda Vətən müharibəsində qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda deyib.
“Əziz qardaşım Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi altında azərbaycanlı qardaşlarım tarixin çağırışına qalxdılar. Bütün dünya Azərbaycanın şanlı Silahlı Qüvvələrinin öz əzəli torpaqlarını azad etməsinin şahidi oldu”, - Şahbaz Şərif qeyd edib.
Pakistanın Baş naziri keçmiş məcburi köçkün ailələrinin Qarabağa qayıdışının ilhamverici olduğunu bildirib: “Laçın, Şuşa, Xankəndi - bütün digər işğaldan azad olunmuş yerlərdə yenidənqurma işlərinin tətbiqi fenomenal xarakter daşıyır”.
- ADY-nin Dərnəgül dayanacağının tikintisi yekunlaşır - Video
- Bu ərazilərə qar yağır
- Bu yollar iki gecə təmir ediləcək
- Prezident qadın hərbçilərlə bağlı bu qanunu təsdiqlədi
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı