Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubov 5 noyabrda Moskvada keçirilən MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin on üçüncü iclasında iştirak edib.
BUTA.TV.az xəbər verir ki, iclasda çıxış edən Usubov Azərbaycanın bu istiqamətlərdə atdığı addımlar, ölkədə görülən işlər, habelə Cənubi Qafqazda sülhün və inkişafın təmin olunması üçün həyata keçirilən tədbirlər barədə iştirakçıları ətraflı məlumatlandırıb.
Tədbir çərçivəsində Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov ilə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu arasında ikitərəfli görüş baş tutub. Görüşdə regional təhlükəsizliyin təmin edilməsi üzrə birgə fəaliyyət məsələləri və hər iki ölkə liderlərinin görüşlərində müəyyənləşdirilən prioritetlər nəzərə alınmaqla əməkdaşlıq perspektivləri müzakirə olunub.
- Elektrikə qoşulmaq üçün yeni qayda tətbiq ediləcək
- Cəlil Əhmədov departamentə müdir təyin edildi
- ADY-nin Dərnəgül dayanacağının tikintisi yekunlaşır - Video
- Bu ərazilərə qar yağır
- Bu yollar iki gecə təmir ediləcək
- Prezident qadın hərbçilərlə bağlı bu qanunu təsdiqlədi
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video