Paşinyan populist adam idi. İndi də elədir.
BUTA.TV xəbər verir ki, bu fikirləri sabiq xarici işlər naziri Elmar Məmmədyarov İTV-nin efirində yayımlanan “Təmas xətti” sənədli filmində deyib.
O qeyd edib ki, Ermənistanın özündə də Azərbaycanla sülhün əslində onlar üçün nə qədər əhəmiyyətli olduğunu bilirdilər:
“Ona görə də Paşinyan 2018-ci ildə Şuşaya oynamağa gedəndə dərindən başa düşmürdü ki, nə qədər ağır məsələdir. Bu da onun evini yıxdı.
Praqa görüşündə isə o, təkamül keçirdi və dedi ki, “biz Azərbaycanla sülh imzalamalıyıq”.
Praqa məsələsində isə maraqlı bir məqam var idi. O zaman Vardan Oskanyan nazir idi. Bizim təkbətək görüşümüz zamanı o, mənə dedi:
“Elmar, elə bilirsən biz ağılsız adamlarıq? Biz bilmirik ki, Azərbaycanla, Türkiyə ilə sülh müqaviləsi bağlamasaq, Ermənistanın gələcəyi yoxdur?”
Cənab Prezident düzgün tələb qoydu ki, ilk növbədə Ermənistan konstitusiyasını dəyişməlidir. Çünki Paşinyan bu gün var, sabah yoxdur. Onun yerinə gələn hər hansı bir İvanyan deyə bilər ki, “bizim konstitusiyada belə bir şey yoxdur”.
- Elektrikə qoşulmaq üçün yeni qayda tətbiq ediləcək
- Cəlil Əhmədov departamentə müdir təyin edildi
- ADY-nin Dərnəgül dayanacağının tikintisi yekunlaşır - Video
- Bu ərazilərə qar yağır
- Bu yollar iki gecə təmir ediləcək
- Prezident qadın hərbçilərlə bağlı bu qanunu təsdiqlədi
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video