1992-ci ildə ABŞ dövlət katibi Sayrus Vens Azərbaycana gəldi. Onu helikopterlə Ağdama apardım – Şelli kəndinə. Ermənilər dedilər ki, “eşitdiyimizə görə, Azərbaycanın xarici işlər naziri bura gəlir. Ona çatdırın ki, həyatına zəmanət vermirik.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Azərbaycanın müstəqillik dövrünün ilk xarici işlər naziri Hüseynağa Sadıqov İTV-nin hazırladığı “Təmas xətti” sənədli filmində müsahibəsi zamanı danışıb.
Sabiq nazir sabiq ABŞ dövlət katibinin Ağdamda gördüklərindən dəhşətə gəldiyini deyib:
“Sayrus Vensi və onun köməkçisini apardım Ağdam məscidinə. Ağdam məscidinə Xocalıdan meyitləri gətirirdilər və qohumları da orada meyitləri alırdı, dəfn üçün aparırdı. Tükürpərdici vəziyyət idi. Sayrus Vens dedi ki, İkinci Dünya müharibəsi zamanı heç faşistlər də belə zorakılıq, belə vəhşilik törətməmişdilər. Dedi baxa bilmirəm, xahiş edirəm, çıxaq bayıra”.
Bunları danışarkən sabiq nazir duyğularına hakim ola bilməyib:
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək
- Elektrikə qoşulmaq üçün yeni qayda tətbiq ediləcək
- Cəlil Əhmədov departamentə müdir təyin edildi
- ADY-nin Dərnəgül dayanacağının tikintisi yekunlaşır - Video