Ermənistan-Türkiyə sərhədlərinin açılması və diplomatik münasibətlərin qurulması zaman məsələsidir.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Paşinyan bunun nə qədər tez bir zamanda baş verəcəyini açıqlamayıb, amma Ermənistan və Türkiyənin siyasi, eləcə də iqtisadi əməkdaşlıq quracağı, normal qonşu olacağı vaxtın gələcəyinə əminliyini ifadə edib:
“Bizdə sülh var və bu, reallıqdır. Bu, təkcə Azərbaycanla ikitərəfli münasibətlərimizdə deyil, həm də bütövlükdə regionumuz üçün tarixi bir dəyişiklikdir. Əminəm ki, erməni xalqı indiyə qədər əldə etdiyimiz nailiyyətləri dəstəkləyəcək. Şübhə etmirəm ki, Ermənistan vətəndaşları sülh gündəliyini və sülh prosesini dəstəkləyəcəklər”.
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək
- Elektrikə qoşulmaq üçün yeni qayda tətbiq ediləcək
- Cəlil Əhmədov departamentə müdir təyin edildi