“Tramp yolu” layihəsinin həyata keçirilməsi Ermənistan, Azərbaycan və qonşu ölkələri birləşdirən boru kəmərlərinin, elektrik xətlərinin və rabitə kabellərinin çəkilməsi üçün şərait yaradır.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Layihə təkcə dəmir yolu rabitəsinin inkişafını deyil, həm də Ermənistan, Azərbaycan və regionun digər ölkələri arasında yolların, boru kəmərlərinin, elektrik xətlərinin və rabitə kabellərinin çəkilməsi perspektivini nəzərdə tutur”, - o bildirib.
Erməni spiker qeyd edib ki, Ermənistan AB-nin Qara dəniz regionuna yeni strateji yanaşmasını alqışlayır:
“Bu regional sabitliyə, eləcə də qarşılıqlı faydalı əməkdaşlığa əlavə təkan verəcək”.
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək
- Elektrikə qoşulmaq üçün yeni qayda tətbiq ediləcək
- Cəlil Əhmədov departamentə müdir təyin edildi