Xəbər verildiyi kimi, bu gün Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi həyata keçirmək istəməsi və bununla bağlı Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə məktub göndərməsi yayılıb. Sözügedən məktubun mediada tirajlanan mətnində hakimiyyətin 3 qolunun fəaliyyətinə - qanunvericilik, icra, məhkəmə - nəzarəti cəmiyyətdə nüfuza malik olan 50 üzvdən - təcrübəli dövlət məmurları, iqtisadçılar, hüquqşünaslar, elm və mədəniyyət xadimləri - ibarət Dövlət Şurasının həyara keçirəcəyi qeyd edilir. "Dövlət Şurası" üzvlərinin ümumxalq səsverməsi nəticəsində formalaşdırılması və "qurum"a Dövlət Şurası sədrinin rəhbərlik edəcəyi iddia edilir.
BUTA.TV xəbər verir ki, Teleqraf R.Mehdiyevin məktubunda sözügedən 50 nəfərlik "Dövlət Şurası üzvləri" arasında tanınmış müxalifət partiyasının nümayəndələri, eyni zamanda, AXCP və Müsavat partiyalarının rəhbərliyində təmsil olunan şəxslərin adlarının olduğu haqda mənbələrə istinadla məlumat yayıb.
Həmin siyahı dəqiqləşdirilir. Yaxın vaxtlarda siyahı təqdim olunacaq...
- İranda zəlzələ oldu
- Vəzifəli şəxsin ölkədən çıxışına məhdudiyyət qoyuldu
- Yanan avtomobili söndürmək istədi, maşın vurub öldürdü
- 7 professor elmi şuradan niyə uzaqlaşdırılıb? - Video
- Ramazan ayında nə yemək olmaz?
- Siqaret çəkənlərin nəzərinə: 5 minədək cərimə...
- Pensiya alanlara xoş xəbər
- 1 milyonluq dələduzluq: məmur oğlunun növbəti məhkəməsi...