Azərbaycanın bu addımı təqdirəlayiqdir, bu, alternativə malik olacağımız deməkdir.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bunu erməni kartoqraf Ruben Qalçyan Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanatını şərh edərkən bildirib.
Kartoqraf Azərbaycanın məhdudiyyətlərinin qalxmasından sonra Ermənistanın yalnız Gürcüstan üzərindən keçən yoldan asılı olmayacağını vurğulayıb.
“Əlbəttə, bu, təqdirəlayiq və mühüm addımdır. İndi Azərbaycan Ermənistan üçün alternativdir. Çünki Ermənistan bir yoldan - Larsdan (Gürcüstandan Rusiyaya gedən xətdən) asılı idi”, - o qeyd edib.
Qalçyan TRIPP və ya Zəngəzur dəhlizinin açılması məsələsinə də toxunub:
“TRIPP həyata keçərsə, Ermənistan dünyaya açılacaq, Rusiya isə Ermənistandan keçən mühüm yola nəzarəti itirəcəyi üçün belə demək mümkünsə, pərişandır. Bizim müxalifət də Rusiyanın maraqları kontekstində çıxış edir, ona görə də TRIPP-dən şikayətlənir”.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək