İsveçrədə Sahibə Qafarova ilə görüş çox isti keçdi. Bu, çox müsbət hal idi, tərəflər hər iki ölkənin ictimaiyyətini dinc həyata hazırlamağa hazır olduqlarını ifadə etdi.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan azərbaycanlı həmkarı Sahibə Qafarova ilə görüşün nəticələri barədə açıqlamasında deyib.
Onun sözlərinə görə, görüşdə erməni məhbuslar məsələsi ilə yanaşı, yeni eskalasiya ehtimalına da toxunulub:
“Qafarova bunu mümkünsüz ssenari adlandırıb, çünki Azərbaycan öz üzərinə bir çox beynəlxalq öhdəliklər götürüb. Mən də Azərbaycan tərəfinin dəhliz sözünü işlətmə səbəbini soruşdum. Qafarova bildirdi ki, bu sözdə pis heç nə yoxdur, onlar həm də dəhlizin Azərbaycandan keçməsini istərdilər. Zəngəzur sözünə gəlincə, o dedi ki, bu ərazi belə adlanır, ona görə də belə deyirlər. Qafarova əmin edib ki, bir çox bəyanatlarda bunu “Trampın yolu” (TRİPP) adlandırırlar. Düşünürəm ki, bu, sadəcə ritorika fərqidir”.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək