Baş bankir Ramiz Mehdiyevin ailə bankından danışdı

Baş bankir Ramiz Mehdiyevin ailə bankından danışdı

Tarix: Siyasət

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov uzun müddətdir ki, zərərlə işləyən Bank BTB ASC-nin bağlanması ehtimalına münasibət bildirib.

BUTA.TV Report-a istinadən xəbər verir ki, o, bu barədə rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında danışıb.

"Hazırda "Bank BTB"nin AMB-nin tələblərinə cavab vermədiyi hallar yoxdur. Bank dayanıqlıdır, bütün prudensial tələbələrimizə cavab verir", - deyə o qeyd edib.

"Bank BTB" bu ilin yanvar-sentyabr aylarını 641 min manat zərərlə başa vurub. Bu, ötən ilin eyni dövrünə nisbətən 30% çoxdur.

Xatırladaq ki, "Bank BTB" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 71.45 milyon manatdır. Bankın səhmlərinin 76.74%-i Nigar Mehdiyevaya, 17.68%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 5.58%-i isə Tükəzban Mahmudovaya məxsusdur.

Qeyd edək ki, Nigar Mehdiyeva ötən gün cinayət məsuliyyətinə cəlb olunan Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin gəlinidir.