Rusiya Prezidenti Vladimir Putinlə Suriya lideri Əhməd əş-Şara arasında danışıqların gündəmində Rusiyanın Suriyadakı hərbi bazaları olub.
BUTA.TV xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Lakin o, bu məsələ ilə bağlı müzakirələrin təfərrüatını açıqlamayıb.
Əş-Şaranın Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ekstradisiyası tələbini səsləndirib-səsləndirmədiyini və bu məsələdə Putinin mövqeyinin nə olduğunu şərh edən Peskov belə cavab verib:
“Əsədlə bağlı bu kontekstdə xəbər verəcək heç nəyimiz yoxdur”.
Qeyd edək ki, “Röyters” agentliyi Suriya Prezidenti Əhməd əş-Şaranın Rusiya Prezidenti Vladimir Putini rus qoşunlarını ölkənin cənubuna qaytarmağa çağırdığı ilə bağlı məlumat yaymışdı.
- Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır
- Polis əməliyyatı: 20 silah aşkarlandı
- Bakıda 29 yaşlı oğlan oteldə öldü
- Cəbrayılda açıq ərazidə yanğın oldu
- Dayanacaqda avtomobil park edən sürücü cəzalandırıldı
- FHN əməkdaşları faciədən öncə... - Video
- Sabah hava necə olacaq?
- Əjdər Cəfərova yüksək vəzifə verildi