Ukraynaya qarşı müharibə zamanı Rusiya bərpa üçün yararlı olan köhnə tankların çox hissəsini istifadə etdi. İndi onlar növbəti 10 il ərzində zirehli qüvvələrini əhəmiyyətli dərəcədə təkmilləşdirməyi planlaşdırırlar.
BUTA.TV xəbər verir ki, bu barədə “Frontelligence İnsight” analitik qrupunun məlumatında bildirilib. Məlumata görə, Rusiya anbarlarında 2538 köhnə tank qalıb, onlardan yalnız 92-si yaxşı vəziyyətdədir, qalanları əhəmiyyətli təmir tələb edir və ya təmir edilə bilməz:
“Rusiya tank qüvvələrini yenidən silahlandırmaq üçün genişmiqyaslı plan hazırlayıb. Konkret olaraq, OSİNT tədqiqatçıları əsas tank istehsalçısı olan Uralvaqonzavoddan yeni və təkmilləşdirilmiş T-90 tanklarına (yeni T-90M2 “Ryvok-1” modeli də daxil olmaqla) diqqətin göstərildiyini əks etdirən sənədləri dərc etdilər. Ən yüksək istehsal 2027-2029-cu illər üçün planlaşdırılır, bundan sonra model dəyişikliyi və ya modernləşdirmə mümkündür.
Yeni zirehli texnikanın istehsal planı 2026-2036-cı illər arasında 2611 tank təşkil edir. Tədqiqata görə, bu, Rusiyanın tank qüvvələrini yeni müharibəyə hazırlamaq üçün kifayətdir”.
- “Kristal” iddialara aydınlıq gətirdi
- Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır
- Polis əməliyyatı: 20 silah aşkarlandı
- Bakıda 29 yaşlı oğlan oteldə öldü
- Cəbrayılda açıq ərazidə yanğın oldu
- Dayanacaqda avtomobil park edən sürücü cəzalandırıldı
- FHN əməkdaşları faciədən öncə... - Video
- Sabah hava necə olacaq?