İran və Azərbaycan arasında Astara sərhəd-keçid məntəqəsində yük avtomobillərinin hərəkəti əhəmiyyətli dərəcədə artacaq.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Gilan əyalətinin valisi Hadi Həqşenas məlumat paylaşıb.
“Tərəflərin birgə əməkdaşlığı nəticəsində gömrük prosedurları sürətləndiriləcək və hazırda gündə 400 olan yük maşını keçidi 800-ə çatdırılacaq. Artıq bu barədə hər iki dövlətin nümayəndəsi Tehranda razılığa gəlib”, – deyə vali qeyd edib.
Vali əlavə edib ki, Astara sərhəd avtomobil yolunun son 1,5 kilometri asfaltlanıb, yaxın aylarda isə dəmir yolu və yük terminalının tikintisinin yekunlaşması gözlənilir.
- “Kristal” iddialara aydınlıq gətirdi
- Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır
- Polis əməliyyatı: 20 silah aşkarlandı
- Bakıda 29 yaşlı oğlan oteldə öldü
- Cəbrayılda açıq ərazidə yanğın oldu
- Dayanacaqda avtomobil park edən sürücü cəzalandırıldı
- FHN əməkdaşları faciədən öncə... - Video
- Sabah hava necə olacaq?