10:14
Rusiya, Azərbaycan və İran Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşımaların həcmini artırmaq üçün işləmək barədə razılığa gəlib.
BUTA.TV xəbər verir ki, bu barədə Bakıda Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk və İranın yollar və şəhərsalma naziri Fərzanə Sadiq arasında keçirilən üçtərəfli görüşün yekunlarına dair birgə bəyanatında bildirilib.
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə daşımaların həcminin 15 milyon tona çatdırılması və yük axınlarının davamlı artımının təmin edilməsi üçün tədbirlərin görülməsinin zəruriliyi vurğulanıb. 3 ay müddətində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üzrə Tədbirlər Planının hazırlanması üçün işçi qrupunun yaradılması barədə razılıq əldə olunub. Müzakirələr zamanı oktyabrın 14-də “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin mühüm infrastruktur layihələrinin birgə yerində yoxlanılması barədə razılıq əldə olunub”, - sənəddə deyilib.
- Küləklə bağlı sarı xəbərdarlıq
- Fuad Nəcəfli istintaqa cəlb edildi
- ADY sərnişinlərə kitab hədiyyə edir - Foto
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı
- Ölüm təhdidi ilə gündəmə gələn şəxsə vəzifə verildi
- Polkovnik əsgər ölümünə görə vəzifədən çıxarıldı
- “Kristal” iddialara aydınlıq gətirdi
- Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır