Culfa rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
BUTA.TV xəbər verir ki, "Azərenerji" ASC-nin təsdiq etdiyi Naxçıvan Muxtar Respublikasının "Elektroenergetika konsepsiyası" üzrə 2025-ci ildə nəzərdə tutulan işlər çərçivəsində yeni tikilən 132 kV-luq "Culfa" elektrik verilişi xəttinin məftilinin çəkilməsi zamanı təhlükəsizlik tədbirləri məqsədilə 132/110/10 kilovoltluq "Culfa" yarımstansiyasından qidalanan 2 və 5 saylı 10 kilovoltluq hava elektrik verilişi xətləri razılaşdırılmış sifarişə əsasən açılacaq.
Bununla əlaqədar Culfa rayonunun Dizə, Gülüstan kəndlərində və Yaycı kəndinin bir hissəsində 13 oktyabr tarixində saat 09:00-dan 10:00-a qədər fasilə yaranacaq.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək