Bəzi sosial şəbəkə hesablarında 7 oktyabrda Qəzzada baş verənlərlə əlaqədar Azərbaycanda bayraqların yarıya endirildiyi barədə paylaşımlar dezinformasiya xarakteri daşıyır.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, məqsəd Azərbaycanı Fələstin əleyhdarı kimi göstərmək, ictimai rəyi aldatmaq, Türkiyə–Azərbaycan münasibətlərinə xələl gətirmək və ölkənin nüfuzuna zərər vurmaqdır.
Qeyd olunub ki, bu cür əsassız iddialar Türk-İslam dünyasında həmrəyliyi zəiflətməyə, eyni zamanda, Fələstin xalqına qarşı davam edən soyqırımı kölgələməyə yönəlmiş planlı təbliğatın tərkib hissəsidir:
“Rəsmi mənbələrdən təsdiqlənməyən məlumatlara inanılmaması və ictimaiyyətin yalnız etibarlı qurumların açıqlamalarına diqqət yetirməsi vacibdir”.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək