Əməkdaşlığımızın daha məzmunlu və dayanıqlı xarakter alması üçün iqtisadi potensialımızı gücləndirməli, təşkilatımızın üzvləri arasında qarşılıqlı investisiyaları və ticarəti inkişaf etdirməliyik.
BUTA.TV xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının toplantısında deyib.
Nazir bildirib ki, TDT üzv dövlətləri coğrafi baxımdan təbii nəqliyyat, logistika, tranzit xəttlərini təşkil edərək Avropa və Asiya qitələri arasında körpü rolunu oynayır:
“Bu istiqamət üzrə TDT üzv dövlətləri nəhəng imkanlara malikdir. Bu xətt eyni zamanda Orta Dəhlizin ayrılmaz parçasıdır. Vaşinqton Zirvə Görüşü çərçivəsində Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın qərb rayonları və Naxçıvan arasında maneəsiz gediş-gəlişi təmin edəcək TRİPP marşrutunun bəyan edilməsi eyni zamanda regionumuzda bağlantıların şaxələndirilməsi baxımından mühüm addımdır".
- Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır
- Adnan Əhmədzadə ilə bağlı bu iddia yalan çıxdı
- Çalışdığı avtoyumada “Hunday”ı qaçırdı
- Nazir döyüş fəaliyyətini yoxladı, tapşırıqlar verdi - Foto
- Bakıda əməliyyat: saxlanılanlar var - Video
- Bakıdan Ermənistana neft daşınması: Tiflisdən simvolik qiymət...
- FHN-in xidmət zamanı həlak olan əməkdaşı dəfn edildi - Foto
- Küləklə bağlı sarı xəbərdarlıq