Mən ABŞ-ın Ukraynaya “Tomahavk” raketləri verəcəyinə inanmıram. Bu raketlərin Ukraynaya verilməsi o deməkdir ki, ABŞ bilavasitə münaqişəyə qoşulur. Çünki bu raketlərlə bərabər, onların idarəetmə mərkəzləri də verilməlidir. ABŞ bu günə qədər heç vaxt “Tomahavk” raketlərini və idarəetmə sistemlərini heç kəsə verməyib, çünki bunlar milli təhlükəsizlik sisteminin tərkib hissəsidir.
Bu sözləri BUTA.TV-a açıqlamasında politoloq İlqar Vəlizadə ABŞ-ın Ukraynaya “Tomahavk” raketləri verib-verməyəcəyi haqda müzakirələrə münasibət bildirərkən deyib.
“Hadisələrin bu cür inkişafı ABŞ-ın bilavasitə müharibənin iştirakçısı olmasına gətirib çıxarar. Tramp isə bunu istəmir”, - o bildirib.
Ekspertin fikrincə, ABŞ-ın bu addımı nüvə ssenarisini də aktuallaşdıra bilər.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək