Ukrayna Rusiyanın zəif nöqtəsini tapıb və məhz o nöqtəyə vurur. Əgər əvvəl neft emalı zavodlarına zərbələr 2-4 gün intervalla endirilirdisə, son 4 gündə hər gün hücum edilir.
BUTA.TV xəbər verir ki. bu sözləri politoloq Kamran Cəfərov qeyd edib.
“3 oktyabrda- Orskda neft emalı zavodu, 4 oktyabrda Kiriş neft emalı zavodu, 5 oktyabrda Kstov neft emalı zavodu, 6 oktyabrda Feodosiyada neft anbarları vurulub.
Daha bir maraqlı fakt. Əgər əvvəl Ukrayna ordusu zərbələri kombiləşdirməyə çətinlik çəkirdisə (yəni eyni zamanda həm hərbi sənaye kompleksinə aid obyektlərə, hər enerji infrastruktura, həm neft emalı zavodlarına), son 4 gün ərzində biz gerçək kombiləşdirilmiş zərbələri müşahidə edirik.
Son 4 gündə Rusiya hərbi sənaye kompleksinə aid bir çox obyektlər vurulub.
Hərbi-texniki imkanlar genişlənir, zərbələr güclənir”, - politoloq vurğulayıb.
- Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır
- Adnan Əhmədzadə ilə bağlı bu iddia yalan çıxdı
- Çalışdığı avtoyumada “Hunday”ı qaçırdı
- Nazir döyüş fəaliyyətini yoxladı, tapşırıqlar verdi - Foto
- Bakıda əməliyyat: saxlanılanlar var - Video
- Bakıdan Ermənistana neft daşınması: Tiflisdən simvolik qiymət...
- FHN-in xidmət zamanı həlak olan əməkdaşı dəfn edildi - Foto
- Küləklə bağlı sarı xəbərdarlıq