Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev İrana səfər edib.
BUTA.TV xəbər verir ki, bu barədə İran Yol və Şəhərsalma Nazirliyinin saytından məlumat verilib.
Məlumata görə, Şahin Mustafayev və Azərbaycan nümayəndə heyəti Tehranın Mehrabad hava limanında İranın yol və şəhərsalma nazirinin müavini, eyni zamanda Nəqliyyat İnfrastrukturunun İnşaatı və İnkişafı Şirkətinin direktoru Huşəng Bazvəndi tərəfindən qarşılanıb.
Səfər çərçivəsində Şahin Mustafayev İran-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyasının növbəti iclasında iştirak edəcək. O, habelə, İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq və digər yüksək vəzifəli rəsmilərlə ikitərəfli görüşlər keçirəcək.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək