Dünyanın ən güclü siyasi kəşfiyyat xidməti hesab olunan Böyük Britaniyanın əfsanəvi Mİ6 kəşfiyyat idarəsinin rəhbəri Riçard Mur özünün dediyi kimi, “plaşını asıb, xəyali xəncəri qınına qoyuraraq, məşhur yaşıl qələmi təhvil verdi”. “Plaş, xəncər və yaşıl qələm” Mİ6-nın simvollarından sayılır. Mİ6-da rəsmi sənədlər yaşıl yazan qələmlə imzalanır. Rəsmi adı Hərbi Kəşfiyyat (Military Intelligence) olsa da, Mİ6 siyasi kəşfiyyat hesab olunur.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərov qeyd edib.
“Riçard Murun 1987-ci ildən işlədiyi Mİ6-nın rəhbərliyindən ayrılması ilə bağlı vida tədbirinin İstanbulda keçirilməsi, eləcə də verdiyi mesajlar bölgəmizin çox mühüm mərhələyə daxil olduğunun göstəricisidir.
Türkiyənin Qərblə əlaqələrinin qorunmasının əsas dəstəkçisi olan Böyük Britaniyanın bu mövqeyinin formalaşmasında Riçard Murun böyük xidməti var. Riçard Mur Türkiyə türkcəsini o qədər mükəmməl bilir ki, 2016-cı ildə Türkiyənin “Hürriyyət” qəzeti onu ölkədə ilin ən nüfuzlu üç blogerindən biri adlandırmışdı.
Mİ6-dakı xidmətindən ayrılmasına həsr olunmuş vida tədbirində Riçard Murun səsləndirdiyi fikirlərdən ilk qənaətim ondan ibarətdir ki, Böyük Britaniyanın Rusiyanı məğlub etmək siyasəti tam gücü ilə işləyir. Riçard Murun İstanbulda təqdim etdiyi Mİ6-nın yeni layihəsi “Səssiz Kuryer” adlı məxfi məlumat platforması Putinin cinayətkar rejiminin devrilməsini sürətləndirməlidir.
Belə görünür ki, qarşıda bizi çox maraqlı tarixi hadisələr gözləyir”, - politoloq vurğulayıb.
- Ötən ay avtomobil nəqliyyatı ilə neçə milyon sərnişin daşınıb?
- Xidmət zamanı maşın vuran FHN əməkdaşının son vəziyyəti
- Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı
- 102-yə zəng edib narkotikin qiymətindən danışdı, həbs olundu
- Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır
- Adnan Əhmədzadə ilə bağlı bu iddia yalan çıxdı
- Çalışdığı avtoyumada “Hunday”ı qaçırdı
- Nazir döyüş fəaliyyətini yoxladı, tapşırıqlar verdi - Foto