2021-ci il seçki kampaniyasının ilk günlərindən bu, mənim üçün bir nömrəli sual oldu: niyə bu analar, bizə qayğı göstərən analar bizim seçkiqabağı mitinqimizə gəlirlər - bəzən ev paltarında və aydın görünürdü ki, son anda qərar veriblər.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Vətəndaş Müqaviləsi Partiyasının bu gün keçirilən qurultayındakı çıxışında deyib.
O bildirib ki, onların gəlişi işartı idi, çünki onların deyəcək sözləri vardı:
“Kampaniyanın ilk günlərindən anladım ki, mənim əsas vəzifəm onları dinləmək və bunu praktiki siyasətə çevirməkdir. Onlardan eşitdiklərim məni şoka saldı. Onlar yalnız iki şey dedilər: birincisi, 9 noyabr 2020-ci il tarixli sənədi imzaladığım və müharibəni bitirdiyim üçün mənə təşəkkür etdilər.
Bu mənim üçün əsl şok idi. Erməni elitasının əhəmiyyətli bir hissəsi məni vətənə xəyanətdə ittiham edirdi, onlara süd verən analar isə eyni şeyə görə mənə təşəkkür etdilər. Bu analardan soruşdum: nəyə görə mənə təşəkkür edirsiniz? Onların cavabı konkret oldu: on minlərlə əsgərin həyatını xilas etdiyinə və müharibəni bitirdiyinə, Ermənistanı xilas etdiyinə görə. Bizə dedilər: sülhə doğru gedin, bizə sülh lazımdır, ancaq sülh. Başa düşdüm ki, bu, xalqın, o cümlədən kişilərin səsidir”.
- Ötən ay avtomobil nəqliyyatı ilə neçə milyon sərnişin daşınıb?
- Xidmət zamanı maşın vuran FHN əməkdaşının son vəziyyəti
- Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı
- 102-yə zəng edib narkotikin qiymətindən danışdı, həbs olundu
- Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır
- Adnan Əhmədzadə ilə bağlı bu iddia yalan çıxdı
- Çalışdığı avtoyumada “Hunday”ı qaçırdı
- Nazir döyüş fəaliyyətini yoxladı, tapşırıqlar verdi - Foto