“Tramp marşrutu” çərçivəsində hər şey qarşılıqlı olmalıdır.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Azərbaycan Zəngəzur vasitəsilə silah və əsgər daşıyacaqmı” sualını cavablandırarkən deyib.
Paşinyanın sözlərinə görə, bütün razılaşmalar qarşılıqlı olacaq, istənilən bənd eyni dərəcədə həm Ermənistana, həm də Azərbaycana şamil olunacaq:
“Biz özümüzdən soruşmalıyıq ki, öz qoşunlarımızın, silahlarımızın Naxçıvandan keçməsini istəyirik, ya yox? Biz silahların Naxçıvandan Mehriyə dəmir yolu ilə daşınmasını istədiyimizə qərar verəndə bu məsələ ilə bağlı danışıqlara başlayacağıq. İstəmədiyimizi qərara alsaq, müvafiq formula ilə hərəkət edəcəyik”.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək